BAKU.NEWS xəbər verir ki, cüdoçumuz İrina Kindzerska həlledici görüşdə Fransa təmsilçisi Roman Dikkoya uduzaraq, gümüş medalla kifayətlənib.
*Saat 19:05
Çexiyanın paytaxtı Praqada start götürən Avropa çempionatında təmsilçimiz İrina Kindzerska (78 kiloqramdan yuxarı) finala vəsiqə qazanıb.
BAKU.NEWS xəbər verir ki, cüdoçumuzun həlledici mərhələdə rəqibi fransalı Romane Disko olacaq.
Digər cüdoçularımız Məmmədəli Mehdiyev (90 kq) və Zelim Kotsoyev (100 kq) bürünc medallar uğrunda mübarizə aparacaqlar.
Qeyd edək ki, qitə çempionatında millimizin üzvləri Orxan Səfərov (66 kq) qızıl, Rüstəm Orucov bürünc medal qazanıb.
Avropa çempionatına 40 ölkədən 355 cüdoçu qatılıb.


