“Aylarla, illərlə internetə öyrəşmiş uşağın əlindən onu alanda bu, aqressiya, təşviş pozuntularına, hətta intihar hadisələrinə qədər gətirib çıxara bilər”.
Bunu Milli Məclisin İnsan hüquqları, Ailə, qadın və uşaq məsələləri, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bu gün keçirilən iclasında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli bildirib.
“Bəzən eşidirik ki, uşaqlar naməlum səbəbdən intihar edib. Çox vaxt uşağı intihar edən valideynlə söhbət edəndə deyirlər, biz heç vaxt hiss etməmişik ki, onda hansısa vəziyyət dəyişib. Kompüter oyunları da uşağın psixikasına, intiharına səbəb olur. Cəmiyyətdə yayılmış “Göy balina” oyunu realizə olunmuş intiharların səbəbi olub.
Qeyd edim ki, hər bir qadağa bir reaksiya yaradacaq. Buna görə də, qadağa etdiyimiz halda onlara alternativ tətbiqlər barədə düşünməliyik. Onlar o vaxtını nəylə dolduracaqlar, bu, çox önəmlidir”, – rektor qeyd edib. (Qafqazinfo)
TREND
- “Uber Az” yeni brend altında xidmətini davam etdirəcək
- Hikmət Hacıyev: Azərbaycan Radiosu milli dəyərlərin təbliğində mühüm rol oynadı
- Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub
- Prezidentlə xanımı Cəbrayıla getdi
- Beynəlxalq sammitin iştirakçıları “ASAN xidmət”də
- Sabunçu Tibb Mərkəzində Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
- Sabah yağış yağacaq, şimşək çaxacaq
- “World” Təhsil və İnkişaf Platformasının 13 illiyi qeyd olunub


