Rusiya Prezidenti Vladimir Putinlə Fransa Prezidenti Emmanuel Makronun telefon danışığı olub.
BAKU.NEWS xəbər verir ki, bu barədə kremlin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, prezidentlər Ukrayna ətrafında vəziyyətin bütün aspektləri üzrə ciddi və hərtərəfli fikir mübadiləsi aparıblar.
“Fransa tərəfinin təşəbbüsü ilə baş tutan uzun telefon danışığı zamanı Rusiya Prezidenti Vladimir Putin və Fransa Prezidenti Emmanuel Makron Ukrayna ətrafındakı vəziyyətin bütün aspektləri üzrə ciddi və hərtərəfli fikir mübadiləsi aparıblar”, – məlumatda deyilir.


