Səhiyə nazirinin müavini Teymur Musayev “patı”dan söz açıb.
BAKU.NEWS xəbər verir ki, “REAL TV”də yayımlanan “Mir Şahinin vaxtı” verilişində qonaq olan nazir müavini son vaxtlar “patı” bəlasının çoxaldığını deyib:
“Son zamanlar insanlar xroniki stress durumunda yaşayırlar. Psixi zəif və daxilən buna qarşı çıxa bilməyənlər bu zəhərdən istifadə edirlər. Bütün narkoloji xəstəxana və müəssisələrimiz tam gücü ilə işləyir”.
Musayevin sözlərinə görə, bazara yeni narkotik vasitələr daxil olur və çox qısa zamanda aludəçilik yaranır:
“Hər hansı ailədə belə şəxs varsa, ona dərhal dəstək olmaq lazımdır. Lazımi müalicəyə cəlb etməyə təşəbbüs göstərmək mütləqdir. Yüzlərlə insan bu bəladan qurtularaq reabilitasiya dövrünü yaşayır”.


