Prezident İlham Əliyev “Naxçıvan Muxtar Respublikasında əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.
BAKU.NEWS xəbər verir ki, sərəncamla Naxçıvan Muxtar Respublikasının ərazisində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 20 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.38.3-cü yarımbəndində göstərilmiş 1 milyon manat Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ayrılıb.
TREND
- Özgür Özəl İlham Əliyevə zəng etdi
- Vilayət Eyvazovun Gəncədə vətəndaş qəbulu və sıra baxışının tarixi dəyişib
- İlham Əliyev Kamboca Kralını Müstəqillik Günü münasibətilə təbrik edib
- BDYPİ xəbərdarlıq etdi
- Bəzi dağlıq ərazilərə qar yağır – FAKTİKİ HAVA
- Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
- Azərbaycanda Dövlət Bayrağı Günüdür
- Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər – TAM MƏTN


