Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində Moldova Respublikasının Prezidenti Maya Sandu ilə görüşüb.
Söhbət zamanı dövlətimizin başçısının Maya Sandu ilə görüşləri, həmçinin yüksəksəviyyəli qarşılıqlı səfərlər məmnunluqla xatırlandı.
Prezident Maya Sandu Moldovanın Azərbaycanla enerji sahəsində əməkdaşlığına toxundu və bunu inkişaf etdirməkdə maraqlı olduqlarını bildirdi.
Moldova Prezidenti ölkəsinin enerji təhlükəsizliyinə göstərilən dəstəyə görə təşəkkürünü ifadə etdi.
Azərbaycan və Moldova prezidentləri münasibətlərimizin perspektivlərinə, iqtisadi-ticari əlaqələrin genişləndirilməsinə, həmçinin kənd təsərrüfatı sahəsində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi apardılar.
TREND
- Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb
- Jurnalistlər üçün kibertəhlükəsizlik üzrə maarifləndirici infosessiya təşkil edilib
- İrlandiyanın Baş naziri Prezidenti qarşıladı
- Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb
- Azərbaycanın tarixi qələbələrinin hüquqi təntənəsi
- Nazir Vilayət Eyvazov Gəncə şəhərində növbəti vətəndaş qəbulu və sıra baxışı keçirdi
- Sabah Azərbaycanda 20 dərəcə isti olacaq
- Hacıqabulda 12 Noyabr – Konstitusiya Gününə həsr olunmuş tədbir keçirilib


