Tovuzda vətəndaşın bank kartından oğurluq edilib.
DİN mətbuat xidmətindən BAKU.NEWS-a daxil olan məlumata əsasən, martın 17-də H.Hümbətovun təqaüd kartından 277 manatı çıxarılaraq oğurlanıb.
Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Aşağı Öysüzlü kənd sakini X.Məmmədov saxlanılıb.


