Azərbaycanın aparıcı korporativ maliyyə institutu PAŞA Bank və “CEİ Naxçıvan” MMC, Azerbaijan Green Energy Company (AGEC) müəssisəsinin törəmə şirkəti Naxçıvan Muxtar Respublikasında inşa ediləcək “Şəms 1” günəş elektrik stansiyasının layihə maliyyələşdirilməsi üzrə kredit müqaviləsi imzalayıblar.
Tərəflər arasında əldə olunan razılaşma Azərbaycanın yaşıl enerji gündəliyinin irəlilədilməsi, dayanıqlı enerji infrastrukturunun inkişafı və aşağı karbonlu iqtisadiyyata keçidin dəstəklənməsi istiqamətində mühüm addımdır.
AGEC tərəfindən Babək rayonu ərazisində, Başbaşı kəndi yaxınlığında inşa ediləcək “Şəms 1” günəş elektrik stansiyası 25 MVt gücə malik olacaq. Layihə Naxçıvan Muxtar Respublikasında bərpa olunan enerji istehsalının artırılmasına, regionun enerji təhlükəsizliyinin gücləndirilməsinə, ölkənin enerji balansında bərpa olunan enerji mənbələrinin payının yüksəldilməsinə və Azərbaycanın iqlim hədəflərinə nail olunmasına mühüm töhfə verəcək.
TREND
- Bakı Bulvarında Zeytun Festivalı keçiriləcək
- Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb
- Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- Nailə Kələntərli kollektivə təqdim olundu
- Sürət həddi endirilib – Sürücülərin nəzərinə!
- QHT Agentliyi BMT-nin Cenevrə Ofisinin QHT-lərlə Əlaqələr İdarəsi ilə görüş keçirib
- FHN SOCAR-ın Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
- Avtobus palçıqlı yolda batdı


