Tiroid vəzinin arxasında yerləşir. Bəzən bunlardan birisi böyüyür və bədənimizdəki sümüklərdən və bağırsaqlardan kalsiumu çıxardaraq, qanda kalsiumun yüksəkliyinə səbəb olur.
Xəstələrdə yorğunluq, əzələ ağrısı, kürək ağrısı, çoxlu su içmə, sidik ifrazının tezləşməsi, qəbizlik, depressiya, iştahasızlıq, ürəkbulanma, qaşıntı, sümük əriməsi, EKQ-də pozulma, yaddaşsızlıq və yuxu problemləri ola bilər.
Və ya sadəcə rutin müayinələrdə təsadüfən kalsiumun yüksəkliyi ortaya çıxa bilər.
Paratiroid adenomalarının müalicəsi əməliyyatdır. Müalicə edilməzsə psixoloji problemlər, böyrək daşları, sümük əriməsi kimi bir çox problemlərə səbəb ola bilir.
Diaqnozu əsasən ultrasəs müayinəsinə əsasən qoyulur. USM ilə tapılmazsa nüvə təbabəti (sintiqrafiya) ilə araşdırılır.


