Məşhur narkobaron Pablo Eskobarın “Porsche” avtomobili “Atlantis Motor Group” hərracı vasitəsilə satışa çıxarılacaq.
BAKU.NEWS Oxu.az-a istiandla bildirir ki, bu barədə “Archyde” portalı məlumat yayıb.
Məlumata görə, avtomobilin ilkin qiyməti 2.2 milyon dollardır.
Satışa çıxarılacaq avto sarı rəngli Porsche 911 RSR modelidir. O, 1974-cü ildə istehsal olunub. Həmin ildə çempionların beynbəlxalq avtomobil yarışında (IROC) iştirak etmək üçün cəmi 15 belə model buraxılıb.













