Özbəkistanda növbəti prezident seçkiləri 24 oktyabr 2021-ci ildə keçiriləcək.
BAKU.NEWS xəbər verir ki, bu barədə Özbəkistan parlamentinin aşağı palatasının birinci vitse-spikeri Akmal Saidov bu gün “TASS”a müsahibəsində bildirib.
“Qanunvericilik Palatası tərəfindən hazırlanan qanun layihəsinə uyğun olaraq növbəti prezident seçkiləri 2021-ci il dekabrın üçüncü ongünlüyünün ilk bazar günü deyil, bu il 24 oktyabr tarixində keçiriləcək. 5 fevralda qanun layihəsinin senat tərəfindən təsdiqlənəcəyi gözlənilir”, – deyə Saidov qeyd edib.


