İdmanla məşğul olan insanlar bir çox hallarda ciddi travmalara məruz qalırlar. Basketbolçu Samir Quliyev də oyun zamanı travma almış və dizində kəskin ağrılardan şikayətlə Mərkəzi Gömrük Hospitalına daxil olmuşdur. Xəstənin sağ dizində ön çarpaz bağın bərpası və parsial meniskoktamiya əməliyyatı icra edilib.
Bu qapalı artroskopik əməliyyat Mərkəzi Gömrük Hospitalının travmatoloq-ortopedi Müseyib Əhmədov tərəfindən uğurla həyata keçirilmişdir. İdmançının vəziyyəti stabildir və əməliyyatdan 3 gün sonra evə buraxılmışdır.
Dr.Müseyib Əhmədov xəstə üzərində icra etdiyi əməliyyat və əməliyyatdan sonra aparılacaq təqiblər və müalicə barədə SƏS TV-nin müxbirinə ətraflı məlumat verib.
Bu barədə süjetimizi izləyin.



