2018-ci ildə ABŞ-ın müdafiə xərcləri 643,3 milyard dollar təşkil edib.
Baku.News “Deutsche Welle”yə istinadən xəbər verir ki, Londonda yerləşən Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun (İİSS) hər il dərc etdiyi reytinqdə ikinci yeri 168,2 milyard dollarlıq müdafiə xərcləri ilə Çin, üçüncü yeri isə 82,9 milyard dollarla Səudiyyə Ərəbistanı tutur.
Sonrakı yerlərdə Rusiya (63,1 milyard dollar), Hindistan (57,9 milyard diollar), Böyük Britaniya (56,1 milyard dollar), Fransa (53,4 milyard dollar), Yaponiya (47,3 milyard dollar), Almaniya (45,7 milyard dollar), Cənubi Koreya (39,2 milyard dollar) gəlir. NATO üzvü olan Avropa ölkələrinin isə ötən il məcmu hərbi büdcəsinin 264 milyard dollar təşkil etdiyi bildirilir.
Hesabatı Münhen Təhlükəsizlik Konfransına təqdim edən İİSS eksperti Fransua Haysburq sənəddəki rəqəmləri Avropada müdafiə xərclərini artırmaqdan boyun qaçırmaq üçün bəhanə gətirməməyə çağırıb: “Rusiya müdafiəsinə xərclədiyi pullardan daha çox hərbi səmərə əldə etməyi bacarır”.
TREND
- QHT Agentliyi BMT-nin Cenevrə Ofisinin QHT-lərlə Əlaqələr İdarəsi ilə görüş keçirib
- FHN SOCAR-ın Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
- Avtobus palçıqlı yolda batdı
- Azərbaycan lideri Almaniya Prezidentini təbrik edib
- İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
- ADY hava şəraiti ilə bağlı sərnişinlərə müraciət edib
- İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini təltif edib
- Daşkənddə beynəlxalq kardiologiya tədbirləri keçirilir


