Baxmayaraq ki, məni fərqli sferada, daha çox idman və ticarət sahəsində tanıyanlar var, lakin nəzərinizə çatdırmaq istəyirəm ki, 1995 ilində Azərbaycanda tək-tək insanların sahib olduğu və həm satınalınması bahalı, həm də sifariş üçün aylarla gözlədən WhiteCase komyuterlərdən birinin sahibi olmuşam. Artıq üstündən 26 il ötməsinə baxmayaraq, mən yenə də bu hobbimdən əl çəkə bilməmişəm. 26 ilin orta hesabla 97%-ini mən bu kompyuterlərlə keçirmişəm. Köhnə komanda yoldaşlarım, doğrusu dostlarımın içində Facebook və LinkedIn-də işləyənlər də var.
1998-ci illərdə biz Azərbaycanda Linux və Unix sistemlərində ağ və qara rəngli ekranlarda işləyən bəlkə də yeganə gənclər idik. Bu maraq məni Web Development və IT üzrə yetişdirdi və hobbilərimi arzulara, o arzuları isə bir-bir reallıqlara çevirmək üçün əlimdən gələni etməyə başlamışam. Ölkəmizin gələcəyində faydalı ola biləcək hər daşın altına əlimi qoymağa hazıram.
Keçək əsas məsələyə; son zamanlar dünyada və ölkəmizdə inkişaf edən rəqəmsal (dijital) dəyişikliklər ilə hər birimiz tanışıq və bu tanışlıqlardan razı qalanlar ilə başı ağrayanlar arasındakı dağ və dərə qədər fərqli məsafələri də görmədən yan keçmirik.
Onlayn alış-veriş saytları günü gündən artmaqdadır və bu artım daha çox nəzərlərdə təhlükəli hesab edilə biləcək qədər də vardır.
Təhlükə nədən ibarətdir?
1. Ödəniş
2. Məhsulun keyfiyyəti
3. Geri qaytarma mexanizmi
Günü-gündən ölkəmizin onlayn ticarət bazarına qatqıları olan və hər birimizin əl çalaraq dəstəklədiyimiz, göbələk kimi yetişən və bir göz qırpımında qeyb ola biləcək saytların alış-verişdə təhlükə yarada biləcək amilləri, bunun əksinə təhlükəsiz ola biləcək ciddi Sayt və Platformalar üçün də müştəri və ya alıcı dəstəyini azaldır.
Biraz rahat dillə desək, bu cür “saytlar” ürək bulandırmaqdan başqa işə yaramırlar və nəticədə ölkədə onlayn ticarətin inkişafının sürətli getməli olduğu dönəmdə çox-çox yavaş hərəkətliliyinə yol açırlar.
TEXNİKİ GÜVƏNLİK:
Onlayn Saytların əsasən “Security Headers” istifadə etmələri, beynəlxalq “PCI DSS Compliant” təşkilatı ilə əməkdaşlığı, “Google Safe Web” və “Norton Safe Web” üzərindən malware, virus və ya SPAM təhlükəsizliyi testləri, DDoS hücumlarına qarşı müdafiyədə 1TB+ müdafiə zolağı, Premium DNS, Dedicated IP və sonda daxili Premuim Addon/Pluginlər ilə müdafiə edilmələri və s. mütləqdir ki, istifadəçinin rahat hərəkəti təmin edilsin.
SATIŞ GÜVƏNLİYİ:
1. Onlayn Satış saytlarının alınan məhsulların 14 gün içində geri qaytarılmasını təmin etməsi bu məsələdə ən böyük risk və sıxıntıdır.
Çünki Texniki Güvənliyi olmayan bir Onlayn Satış saytının alıcısına nə kimi Satış Güvənliyini verə biləcəyinə 100% şübhə yaranmış olur və hər hansısa bir çətinlik yaşanarkən sayt ortadan qeyb olur. Bunun nəticəsidir ki, digər güvənli saytlara da maraq və etibar azalır.
2. Onlayn Satış saytları nəğd ödəniş qəbul edirlər və nəticədə təhlükəli ödəniş gerçəkləşir. Bu əsnada 1. başlıqda qeyd olunan 14 gün içində geri qaytarılma baş tuta bilmir və nəticədə sıxıntını yaradan amil hesab edilir.
Çünki nəğd ödənişin gerçəkləşməsini sistem görə bilmir və əl ilə, mexaniki şəkildə sistemə məhsul çatdırıldı deyə giriş edilir. Bu da geri qaytarma zamanı sübutsuzluğa yol açır, “alıcı deyir ödəmişəm, çatdırılma deyir ödəniş olmayıb”, yaxud “müştəri deyir qaytarıram, bu dəfə məhsulun alındığı mənbə deyir qaytarmıram”.
Bu sıralamanı çox uzatmaq olar. Lakin axtardığımızda Azərbaycanda butün yuxarıdakılara və daha çoxuna cavab verə biləcək onlayn alış-veriş saytı axtardığımız zaman önümüzə 1-2 sayt çıxır. Bunların içində Ekspres AVM və ya Umico-nun adlarını çəkməsək ədalətsizlik olar.
Araşdırmamız göstərir ki, yeni yaranmış (2020-2021) Ekspres AVM (www.ekspres.az) öz sahəsində bütün prossesləri öncədən incələyərək doğru qapılara qol vurmuşdur. Bəziləri tərəfindən hətta Azərbaycanın Trendyolu və ya Hepsiburadası hesab edilən bu Platformada imza və möhür yerinə hər şey məsafəli və avtomatlaşdırılmış şəkildə + güvənlik və sürət nəzərə alınmaqla yaradılmışdır.
1. Ağıllı Mağaza dedikləri Süni İntellekti arxada çox güclü və şəffaf şəkildə işlətdikləri mağaza idarəetmə sistemi qurulmuşdur.
2. Alıcılar üçün bütün prosses A/B testləri kimi yüksək sürətlə və ciddi nəzarət altında formalaşdırılmışdır. Keşbek + elektron Ekspres Cib + Taksitlərə bölmə + Avtomatlaşdırılmış qaytarma + güvənli ödəniş + bütün mağazaların məhsullarını onlara getmədən oturduğun yerdən seçmək, süzgəcləmək, almaq və s., və s..
SON SÖZ:
Sevindirici hal odur ki, ciddi saytlar artıq sayt deyil, PLATFORMA şəklində fəaliyyət göstərməyə başlayıblar və öz üzərlərində ciddi işləməkdədirlər. İstər TV + Sosial Media və s. reklamları, istərsə də daxil olduqları işin özəlliyini tam anlamı ilə insanların xidmətinə şəffaf şəkildə açmaları bizə güvən və etibar qazandırmaqda davam edir.
Təbii ki, günü-gündən artan onlayn satış bazarında, Sosial Şəbəkələrdən təhlükəli alış-veriş edən insanlar bu cür Platformalardan çoxlu tələblər etməklə yanaşı öz aldıqları yerləri bu platformalara qoşulmağa və güvənli satışlar gerçəkləşdirməyə çağırmalıdırlar.
Bu sahədə inkişafın başqa yolu yoxdur.
Fərid Əlizadə
BAKU.NEWS


