OnePlus CEO’su Pete Lau şəxsi Weibo hesabında şirkətin OnePlus 8T Pro smartfonunu buraxmayacağını bildirdi.
Lau’ya görə, “Pro” məhsulları sevənlər, “bu ilki cihazların kralı” olaraq qalan OnePlus 8 Pro’nu seçə bilərlər.
BAKU.NEWS techland.az-a istinadən bildirir ki, marka rəhbəri “gözləməyə dəyər” başqa bir sürpriz hazırladığını da əlavə etdi. İnsayder İşan Aqarvala görə şirkət OnePlus 8T-yə əlavə olaraq daha beş yeni məhsul hazırlayır.
Bundan əvvəl OnePlus, 8T-nin 5G dəstəyi, 120Hz ekran və 65W sürətli şarj alacağını təsdiqlədi.


