Bu gün rəsmi Bakı və Moqadişo arasında ikitərəfli əlaqələr müxtəlif sahələrdə, o cümlədən iqtisadi, siyasi, təhlükəsizlik və mədəniyyət sahələrində dinamik inkişafdadır.
Hazırda Azərbaycan və Somali Federativ Respublikası arasında olan diplomatik münasibətlər uğurla inkişaf edir. Bu günılərdə Prezident Hasan Şeyx Mahmudun ölkəmizə rəsmi səfər etməsi bunun bariz nümunəsidir. Müşahidə etsək görərik ki, rəsmi Bakı və Moqadişo arasında ikitərəfli əlaqələr müxtəlif sahələrdə, o cümlədən iqtisadi, siyasi, təhlükəsizlik və mədəniyyət sahələrində dinamik inkişafdadır. Hər iki ölkənin Liderlərin görüşündə Möhtərəm Prezident cənab İlham Əliyevin səsləndirdiyi fikirlər münasibətlərin gələcək inkişaf perspektivləri ilə bağlı aydın fikir formalaşdırır. Məlumdur ki, Azərbaycan bu vaxta qədər Somalidə müxtəlif humanitar yardım layihələri həyata keçirib. Bununla yanaşı ölkəmiz hər zaman beynəlxalq platformalarda Somali ilə bağlı olan bütün məsələlərdə dəstək nümayiş etdirib. Hazırda münasibətləri daha da inkişaf etdirmək, iqtisadi əməkdaşlıq, ticarət razılaşmaları və hərbi-texniki sahələrdə geniş imkanlar mövcuddur. Bu gün beynəlxalq səviyyədə Azərbaycan Ordusunun döyüş təcrübəsi və hərbi sənaye kompleksinin istehsal etdiyi silah-sursatın hansı gücə sahib olması barədə geniş məlumatlar vardır.
Ölkəmizin Şanlı Ordusu dünyanın ən güclüləri sırasında özünə yer tutur. Məhz bu amil terrorizmdən əziyyət çəkən digər ölkələr kimi Somali üçün də olduqca vacib amildir. Şübhə yoxdur ki, Ordumuzun döyüş təcrübəsi Somali ordusunun formalaşdırılmasın da öz töhfəsini verəcəkdir. Liderlərin mətbuata birgə bəyanatında bu məsələni xüsusi olaraq qeyd etməsi də təsadüfi deyildir.
Aytəkin Mahmudova;
Neftçala rayonu, müəllim


