Oğuz rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.NEWS xəbər verir ki, “Report”un məlumatına görə, hadisə bu gün axşam saatlarında Yevlax-Xaldan-Oğuz avtomobil yolunun rayon ərazisindən keçən hissəsində baş verib.
Hərəkətdə olan “VAZ – 21 015” və “VAZ – 21 011” markalı avtomobillərin toqquşması nəticəsində “VAZ – 21 011″in sürücüsü və “VAZ – 21 015″də olan 2 nəfər sərnişin xəsarət alıb.
Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar, onlardan birinin vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.





