Nyu-Yorkda Donald Trampın kortejinin hərəkəti səbəbilə polis şəhərin mərkəzi yollarını müvəqqəti olaraq bağlayıb. Bu zaman Fransa Prezidenti Emmanuel Makronun rəsmi avtomobili də dayandırılıb.
Redaksiya xəbər verir ki, Makron vəziyyətə müdaxilə etmək üçün avtomobilindən düşüb və birbaşa ABŞ Prezidenti Trampa zəng edərək yolun açılmasını istəyib.
Hadisə şəhərdə geniş maraq doğurub və beynəlxalq mediada diqqət mərkəzinə çevrilib. Mənbələrə görə, insident qısa müddət ərzində həllini tapıb və Makron yoluna davam edib.


