“AmCham Azərbaycan”ın 17 iyun 2026-cı il tarixində keçirilən İllik Ümumi Yığıncağı çərçivəsində Palatanın üzvləri tərəfindən 2026–2028-ci fəaliyyət dövrü üzrə yeni Prezident və İdarə Heyəti seçilib. Səsvermənin nəticələrinə əsasən, Deloitte şirkətinin İdarəedici Partnyoru Nuran Kərimov “AmCham Azərbaycan”ın yeni Prezidenti seçilib.
Bu barədə AmCham-dan bildirilib.
Qeyd edilib ki, Nuran Kərimovun rəhbərliyi altında fəaliyyət göstərəcək yeni idarə heyəti növbəti iki il ərzində “AmCham Azərbaycan”ın ölkədə əlverişli biznes və investisiya mühitinin təşviqi, dövlət-özəl sektor dialoqunun gücləndirilməsi, biznes ictimaiyyətinin maraqlarının müdafiəsi, eləcə də Azərbaycan və ABŞ arasında ticarət, investisiya və iqtisadi əməkdaşlığın inkişafına töhfə vermək istiqamətində fəaliyyətini davam etdirəcək.
Nuran Kərimov, 2003-cü ildə Deloitte-a qoşularaq şirkətin Azərbaycandakı vergi praktikasının əsasını qoyub. O, peşəkar fəaliyyətinin böyük hissəsini yerli və beynəlxalq vergi məsələləri sahəsinə həsr edib. Cənab Kərimov müxtəlif vergi və biznes məsələləri üzrə həm beynəlxalq, həm də Azərbaycan şirkətlərinə, eləcə də fərdi müştərilərə məsləhət xidmətləri göstərilməsi sahəsində geniş təcrübəyə malikdir.
Deloitte-a qoşulmazdan əvvəl Nuran Kərimov Azərbaycanda fəaliyyət göstərən bir sıra təşkilatlarda hüquq və vergi sahələri üzrə peşəkar kimi çalışıb. O, 2008-ci ildə partnyor, 2011-ci ildə isə pay sahibi partnyoru (Equity Partner) səviyyəsinə yüksəlib. Nuran Kərimov ABŞ-ın Corciya Universitetinin Hüquq Magistri (LL.M.) dərəcəsinə, həmçinin Rusiyanın Voronej Dövlət Universitetinin Hüquq üzrə bakalavr dərəcəsinə malikdir.
Qeyd edək ki, Nuran Kərimov “AmCham Azərbaycan”ın İdarə Heyətinin üzvü və Prezidenti kimi fəaliyyət göstərdiyi dövrlərdə uğurlu və səmərəli rəhbərlik təcrübəsi nümayiş etdirib və təşkilatın inkişafına mühüm töhfələr verib.
“AmCham Azərbaycan” haqqında
Azərbaycanda Amerika Ticarət Palatası (AmCham Azərbaycan) ölkənin aparıcı biznes assosiasiyası olaraq iqtisadiyyatın bütün sektorlarını təmsil edən 280-dən çox üzv şirkət və təşkilatı bir araya gətirir. Palata biznes mühitinin təkmilləşdirilməsi istiqamətində təşəbbüslər, konstruktiv dialoq və strateji əməkdaşlıq vasitəsilə biznes ictimaiyyəti, dövlət qurumları və beynəlxalq tərəfdaşlar arasında etibarlı platforma rolunu oynayaraq Azərbaycanın biznes mühitinin daha da inkişafına töhfə verir.
TREND
- Polkovnik Əflatun Məmmədov rüşvətə görə həbs edildi
- Kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır
- General Nizami Məmmədov haqda – Yekun qərar verildi
- Prezident mühüm fərman İMZALADI
- Nazirdən 1 ildir pulunu ala bilməyən pambıqçılarla bağlı – AÇIQLAMA
- Tamam Bayatlı BP-dən getdi
- İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyir
- Mikayıl Cabbarov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb


