2020-ci ilin 27 sentyabrında başlayan, 44 gün davam edən Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan ordusu işğalda olan torpaqlarını azad edib.
BAKU.NEWS xəbər verir ki, şanlı qələbəmizdən sonra 8 Noyabr ölkəmizdə “Zəfər Günü” olaraq təsis edilib.
Peşəkar Futbol Liqası qələbəmizin ildönümü münasibətilə Premyer Liqanın X turunun “Zəfər turu” elan edilməsi barədə qərar qəbul edib.


