2021-ci ildə Neftçalada istehsal olunan ümumi məhsulun həcmi 2020-ci illə müqayisədə 5,9 faiz və ya faktiki qiymətlərlə 17 milyon 361,9 min manat artaraq 310 milyon 615,9 min manata çatıb.
BAKU.NEWS bildirir ki, Neftçala rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumat görə, istehsal sahələrinin ümumi məhsulda xüsusi çəkisi 71,4 faiz, xidmət sahələrinin payı isə 28,6 faiz səviyyəsində olub. 2020-ci illə müqayisədə istehsal sahəsində 4 faiz, xidmət sahəsində isə 11,1 faiz artım qeydə alınıb.
Bu dövrdə ümumi məhsulun 83 milyon 689,5 min manatı (26,9 faiz) sənayenin, 127 milyon 126 min manatı (40,9 faiz) kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılığın, 11 milyon 36,2 min manatı (3,6 faiz) tikintinin, 1 milyon 374,5 min manatı (0,5 faiz) nəqliyyat və anbar təsərrüfatının, 1 milyon 257,5 min manatı (0,4 faiz) informasiya və rabitənin payına düşüb. Ticarət nəqliyyat vasitələrinin təmiri sahəsində isə 86 milyon 132,2 min manatlıq (27,7 faiz) məhsul istehsal olunub və xidmətlər göstərilib.


