Səhiyyə naziri Teymur Musayev Azərbaycanda peyvəndləmədən kənarda qalan uşaqlarla bağlı məsələyə aydınlıq gətirib.
BAKU.NEWS xəbər verir ki, nazir APA-ya açıqlamasında deyib ki, bununla bağlı bütün siyahılar tərtib olunub:
“Ünvanlı şəkildə həmin uşaqlar planlı peyvənd üçün rayon poliklinikalarına dəvət olunurlar və peyvəndləmə həyata keçiriləcək. Qısa müddətdə bu məsələni yekunlaşdıracağıq”.


