Elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstanın Almatı şəhərinə səfər çərçivəsində Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində keçirilən Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq təhsil sərgisi ilə tanış olub.
Nümayəndə heyəti universitet stendlərinə baxış keçirib, sərgi çərçivəsində Azərbaycanın müxtəlif ali təhsil müəssisələri tərəfindən təqdim olunan təhsil proqramları, beynəlxalq əməkdaşlıq imkanları və tələbələr üçün mövcud təqaüd imkanları barədə ətraflı məlumat diqqətə çatdırılıb.
Daha sonra nümayəndə heyəti Farabi Hub İnnovasiya Mərkəzində mövcud şəraitlə tanış olublar.
Ziyarət zamanı nümayəndə heyətinə mərkəzin fəaliyyəti, eləcə də innovasiya və texnologiya yönümlü layihələr barədə ətraflı məlumat təqdim olunub. Tanışlıq çərçivəsində mərkəzin müasir laboratoriyalarına da baxış keçirilib.
TREND
- İlham Əliyev Almaniyanın xarici işlər nazirini qəbul edib
- “Temu”dan sifariş edənlərin DİQQƏTİNƏ- Platformada təhlükəli mallar satılır
- “Azər-Türk Bank”ın vəzifəli şəxsi 10 min manat CƏRİMƏLƏNDİ
- Saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək
- Prezident bu ölkə ilə əbədi dostluq haqqında Müqaviləni təsdiqlədi
- İnternet provayderləri üçün yeni öhdəliklər müəyyənləşdi
- Mərkəzi Bank nəzarəti süni intellektə həvalə edir
- Din xadimləri ilə bağlı iddiaya – Rəsmi reaksiya


