İyunun 24-də elm və təhsil naziri Emin Əmrullayev Respublika Fənn Olimpiadalarında yüksək nəticə göstərərək “Birincilərin birincisi” adına layiq görülən şagirdlərlə görüşüb.
Görüş zamanı olimpiadaçılar beynəlxalq yarışlara hazırlıq prosesi, əldə etdikləri nailiyyətlər və gələcək hədəfləri barədə danışıblar.
Elm və təhsil naziri Emin Əmrullayev şagirdləri qazandıqları yüksək nailiyyət münasibətilə təbrik edərək onların uğurlarını ölkənin intellektual potensialının və təhsil sistemində həyata keçirilən məqsədyönlü fəaliyyətin mühüm göstəricilərindən biri kimi qiymətləndirib. Nazir qeyd edib ki, yerli və beynəlxalq olimpiadalarda əldə olunan nəticələr Azərbaycan gənclərinin elmə, tədqiqata və bilik yarışlarına marağının ildən-ilə artdığını nümayiş etdirir.
Görüşdə olimpiada hərəkatının inkişafı, istedadlı şagirdlərin dəstəklənməsi və onların gələcək akademik inkişaf imkanları ətrafında fikir mübadiləsi aparılıb. Şagirdləri maraqlandıran suallar cavablandırılıb, onlara gələcək fəaliyyətlərində uğurlar arzulanıb.
Sonda xatirə şəkli çəkdirilib.
TREND
- İlham Əliyev Almaniyanın xarici işlər nazirini qəbul edib
- “Temu”dan sifariş edənlərin DİQQƏTİNƏ- Platformada təhlükəli mallar satılır
- “Azər-Türk Bank”ın vəzifəli şəxsi 10 min manat CƏRİMƏLƏNDİ
- Saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək
- Prezident bu ölkə ilə əbədi dostluq haqqında Müqaviləni təsdiqlədi
- İnternet provayderləri üçün yeni öhdəliklər müəyyənləşdi
- Mərkəzi Bank nəzarəti süni intellektə həvalə edir
- Din xadimləri ilə bağlı iddiaya – Rəsmi reaksiya


