Naxçıvanda yaşayış binasında baş verən yanğının səbəbi açıqlanıb.
BAKU.NEWS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və media ilə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev məlumat verib.
“Qısaqapanmadan alışma baş verib. Yanğın məhdudlaşdırılıb. Soyutma işləri aparılır. Təhlükəsizliklə bağlı polis və aidiyyəti dövlət qurumları tərəfindən tədbirlər görülür”, – deyə o bildirib.


