Moskvada koronavirusla bağlı karantin qaydalarının sərtləşdirilməsi çərçivəsində işlə əlaqədər buraxılışların verilməsinin ilk mərhələsi başlayıb.
BAKU.NEWS “Lenta.ru”ya istinadən xəbər verir ki, aprelin 13-dən Rusiyanın paytaxtında hərəkət üçün rəqəmsal buraxılışlar tələb olunacaq.
Buraxılışlar bir neçə kateqoriyadan ibarətdir:
– iş üçün
– tibbi müəssilərə getmək üçün
– bir dəfə olmaqla başqa şəxsi məsələlər üçün.
Aprelin 15-dən buraxılışsız nəqliyyat vasitələrindən istifadə etmək qadağan olunacaq.


