Moskvanın Mıtişi rayonunda qaynaq sexində güclü yanğın olub.
BAKU.NEWS “RİA Novosti”yə istinadən xəbər verir ki, yanğın nəticəsində 4 nəfər ölüb. Yağın yaşayış olmayan ikimərtəbəli binanın 225 kvadratmetrlik ərazisində baş verib.
Binada oksigen balonları olduğu bildirilir. Onlardan 11-i binadan çıxarılıb. Partlayış təhlükəsinin qaldığı bildirilir.



