“Aztelekom” MMC genişzolaqlı internet xidmətləri (GPON) bazarında minimum internet sürəti ilə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciət edib.
Bu barədə Agentlikdən bildirilib.
Məlumata görə, müraciətlə bağlı araşdırma və təhlillər davam edir.
Qeyd edək ki, hazırda “Aztelekom”un GPON tarifləri üzrə minimum internet sürəti 100 Mbit/s təşkil edir.
Sonuncu dəfə şirkət 2024-cü il avqust 15-də GPON (Gigabit Passive Optical Network – Gigabit tutumlu Passiv Optik Şəbəkə) tarifləri üzrə təqdim olunan sürətləri 2.5 dəfə (40 Mbit/s internet sürətini 100 Mbit/s-yə, 60 Mbit/s internet sürətini 150 Mbit/s-yə və 100 Mbit/s sürətini isə 250 Mbit/s-yə qədər) artırmışdı.
Həmin vaxta qədər “Aztelekom”un optik internet üzrə qiymətləri: 40 Mbit/s -ə qədər paketin qiyməti 18 manat, 60 Mbit/s -ə qədər paketin qiyməti 26 manat, 100 Mbit/s -ə qədər paketin qiyməti 45 manat edirdi. 2024-cü il 15 avqustdan isə abunəçilərə 100 Mbit/s internet üçün 25 AZN, 150 Mbit/s internet üçün 30 AZN, 250 Mbit/s internet üçün 36 AZN qiymət ilə təklif edilir. (Plat.az)
TREND
- Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür
- Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
- Hikmət Hacıyev həmin tarixdən yazdı
- Ankara “ticarət yoxdur” deyir, gəmilər İsrailə üzür – Faktlar nə göstərir?
- Hakan Fidanın Bakıda gizli görüşü – NƏ BAŞ VERİR?
- Azərbaycanda 9 ayda avtomobil nəqliyyatı ilə 1,8 milyarda yaxın sərnişin daşınıb
- Azərbaycanda quş əti və yumurta istehsalı kəskin artıb
- Kardiologiya İnstitutunda pasiyentlərə diqqət və qayğı gücləndirilir


