Mingəçevirdə yardım təşkilatlarından birinin nümayəndəsi kimi mənzilə daxil olannaməlum şəxs ev sahibinə xəsarət yetirib.
BAKU.NEWS xəbər verir ki, APA-nın məlumatına görə, hadisə səhər saatlarında M. Maqomayev küçəsi 81 ünvanında baş verib. Həmin binanın ikinci mərtəbəsindəki 22 saylı mənzilə daxil olan naməlum şəxs ev sahibi olan ahıl insanlara yardım məqsədilə gəldiyini deyib. Həmin şəxs ev sahiblərindən şəxsiyyət vəsiqələri istəyib, ardınca isə kişiyə bıçaq çıxarıb.
Vəziyyətin qarət olduğunu anlayan xanımı qışqıraraq kömək istəyib. 1953-cü il təvəllüdlü ev sahibi Musayeva Südabə Kamil qızının davranışından təlaşa düşən naməlum şəxs onun boyun nahiyəsinə stulu çırpmaqla qaçmağa nail olub. Qadına və şok keçirən yoldaşına tibbi yardım göstərilib. Baş vermiş hadisə ilə bağlı araşdırma başlanıb.
TREND
- Polkovnik Əflatun Məmmədov rüşvətə görə həbs edildi
- Kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır
- General Nizami Məmmədov haqda – Yekun qərar verildi
- Prezident mühüm fərman İMZALADI
- Nazirdən 1 ildir pulunu ala bilməyən pambıqçılarla bağlı – AÇIQLAMA
- Tamam Bayatlı BP-dən getdi
- İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyir
- Mikayıl Cabbarov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb


