ABŞ-da qar fırtınasından sonra təxminən 3,4 milyon insan işıqsız qalıb.
BAKU.NEWS “Associated Press”ə istinadən xəbər verir ki, hadisə Texas, Luiziana, Arkanzas və Missisipidə baş verib. Ən böyük elektrik kəsintiləri Texasda olub. Kommunal xidmətlər elektrik kəsintilərinin, “elektrik sisteminin bütövlükdə etibarlılığını qorumaq üçün son çarə”, olduğunu söyləyib. Sakinlər əsas elektrik cihazlarının istifadəsini azaltmağa və işıqları və ya istifadə olunmayan cihazları söndürməyə çağırılıb.
Bundan əlavə, pis hava şəraiti Texasın bir sıra şəhərlərində su təchizatının kəskin şəkildə pozulmasına səbəb olub.
Qeyd edək ki, ABŞ-ın Texas ştatında təchizatçılar elektrik enerjisinin qiymətini kəskin qaldırdığını bildirmişdilər.


