Millət vəkili Jalə Əhmədova Salyan rayonunda müəllimlərlə görüş keçirib.
BAKU.NEWS xəbər verir ki, bu barədə millət vəkili öz sosial hesabında məlumat verib.
“Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli, Salyan rayon Təhsil sektorunun müdiri Razıgül Dadaşova və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Salyan şəhər komitəsinin sədri Yaqut Ələsgərovanın da iştirak etdiyi görüşdə çıxış edərək dövlətin təhsil siyasətindən, bu istiqamətdə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən çoxsaylı sərəncamların imzalamasından və həyata keçirilən tədbirlərdən danışdım. Dövlətimizin təhsil sahəsinə qayğısından ruhlanaraq gənclər arasında müəllim peşəsinə marağın artdığını, gələcəyimiz olan şagirdlərin savadlı yetişməsində fədakar müəllimlərin rolunun danılmaz olduğunu qeyd etdim. Səmimi ab-havada keçən görüşün sonunda müəllimlərin qayğıları ilə maraqlandım və müəllimlərimizə xoş arzularımı çatdırdım. Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüş zamanı müəllimləri düşündürən məsələləri də müzakirə etdik”, deyə millət vəkili qeyd edib.














