Em və təhsil nazirinin müavini Həsən Həsənli “Microsoft” şirkətinin kommersiya həlləri üzrə direktoru Conatan Vudvord ilə görüşüb.
Görüş zamanı Azərbaycanda rəqəmsal təhsil ekosisteminin gücləndirilməsi, ümumi və ali təhsil müəssisələrində “Microsoft” həllərinin tətbiqi, həmçinin “Rəqəmsal məktəb” təşəbbüsü çərçivəsində süni intellekt üzrə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.
Qeyd edilib ki, cari ildə “Rəqəmsal məktəb” platformasında 40 min müəllim üçün “Microsoft Copilot” süni intellekt həlli istifadəyə verilib, eyni zamanda ümumi və ali təhsil müəssisələri üçün “Microsoft” məhsullarına çıxış imkanları genişləndirilib.
Görüş çərçivəsində süni intellektin təhsildə tətbiqi, müəllimlərin bu sahədə bacarıqlarının inkişaf etdirilməsi, eləcə də elm və tədqiqat istiqamətində bulud texnologiyalarının istifadəsi ilə bağlı fikir mübadiləsi aparılıb.
TREND
- İlham Əliyev Almaniyanın xarici işlər nazirini qəbul edib
- “Temu”dan sifariş edənlərin DİQQƏTİNƏ- Platformada təhlükəli mallar satılır
- “Azər-Türk Bank”ın vəzifəli şəxsi 10 min manat CƏRİMƏLƏNDİ
- Saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək
- Prezident bu ölkə ilə əbədi dostluq haqqında Müqaviləni təsdiqlədi
- İnternet provayderləri üçün yeni öhdəliklər müəyyənləşdi
- Mərkəzi Bank nəzarəti süni intellektə həvalə edir
- Din xadimləri ilə bağlı iddiaya – Rəsmi reaksiya


