“Stenli” Kubokunun dördqat qalibi, məşhur xokkeyçi Eddi Şek vəfat edib.
Bu barədə BAKU.NEWS xarici mətbuata istinadən xəbər verir. Qeyd edilir ki, o, 83 yaşında dünyasını dəyişib.
Xokkeyçi “Toronto”da çıxış edib.
“Toronto” Eddi Şekin ölümündən dərin kədərlənib. O, azarkeşləri doqquz il boyunca öz oyunu və meydançadan kənar bir neçə onillik ərzində sevindirirdi”, – klubun rəsmi saytının bəyanatında deyilir. Klub xokkeyçinin ailəsinə başsağlığı verib.


