Azərbaycan Mərkəzi Bankı (AMB) fiziki şəxs Rəhimli Xədicə Tərlan qızına sığorta agenti fəaliyyəti üçün verilmiş lisenziyanı ləğv edib.
Bununla bağlı qərar AMB-nin İdarə Heyəti tərəfindən 13 oktyabr 2026-cı ildə qəbul edilib.
Qərara əsasən, sığorta agentinin 7 avqust 2015-ci il tarixli, 080682 nömrəli lisenziyası qüvvədən düşüb.
Lisenziyanın ləğvinə səbəb onun qüvvəsinin dayandırılmasına əsas olmuş halların müəyyən edilmiş müddətdə aradan qaldırılmamasıdır.
Qərar “Sığorta fəaliyyəti haqqında” Qanunun 107.1.2-ci maddəsinə əsasən qəbul olunub.
TREND
- “Azərpoçt”dan ASCO-ya gedənlər – SİYAHI
- Azərbaycan İraqdan “Aİ-92” markalı benzin tədarük etməyə başlayıb
- Dövlət Müəssisələri üzrə Qlobal Konfrans gələn il Bakıda keçiriləcək
- Nəzarət tədbirləri – İCMAL
- Bu ilin9 ayi ərzində A-Qroup 132 231 AZN-dən çox ödəniş edib
- “Rabitəbank” ASC açıq tender elan edir
- Mərkəzi Bank sığorta agentinin lisenziyasını ləğv edib
- Məzarsız Atanın Neftçi Oğlu: Qara Qızılın Vətən Payı


