Ukrayna Beynəlxalq Hava Yolları )MAU) aviaşirkəti bu ilin martın 13-dən etibarən Kiyevdən Bakıya birbaşa uçuşları bərpa edə bilər.
BAKU.NEWS Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə şirkətin elanında deyilir.
Bildirilir ki, şirkət Kiyevdən Bakıya aviareyslərin aprelin sonunadək həftədə iki dəfə (çərşənbə axşamı və şənbə günləri) həyata keçirilməsini planlaşdırır.
MAU artıq sözügedən aviareysə aviabiletlərin satışını açıq elan edib.


