Dövlət ümumi təhsil müəssisələrinin təhsilverənlərininin vəzifə maaşlarına aylıq əlavələr məktəbəqədər hazırlıq müəssisələrinə şamil edilmir.
BAKU.NEWS xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirilən brifinq zamanı deyib.
O qeyd edib ki, ümumilikdə bu əlavələr 865 direktoru, 2343 direktor müavinini əhatə edir.
Qeyd edək ki, Prezident İlham Əliyevin imzaladığı fərmana əsasən, 2022-ci il sentyabrın 1-dən dövlət ümümi təhsil müəssisələrinin rəhbər işçilərinin və həmin təhsil müəssisələrinin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) sertifikatlaşdırmadan keçən təhsilverənlərinin vəzifə maaşlarına aylıq əlavə müəyyən edilir.


