BAKU.NEWS TASS-a istinadən xəbər verir ki, bu gün Minskdə keçirilən görüşdə Belarus Prezidenti Aleksandr Lukaşenko, ölkədəki vəziyyəti rusiyalı həmkarı Vladimir Putin ilə müzakirə etməyi planlaşdırdığını söyləyib.
“Belarusiyaya qarşı təcavüz getdikcə artmaqdadır. Rusiya prezidenti Putinlə əlaqə saxlamalıyıq ki, indi onunla danışım. Çünki bu, təkcə Belarus üçün təhdid deyil. Demək istəyirəm ki, bu gün Belarusun müdafiəsi yalnız bizim deyil, Birlik Dövlətinin qorunması deməkdir, çünki bu dalğa ora (Rusiyaya) yuvarlanacaq”.
İndiyədək Rusiyanı asıb-kəsən Belarus lideri çətinə düşən kimi məhz diktator kolleqasını axtarmağa qərar verib. Rusiya isə Belarus üçün variantlar fikirləşir. Lukaşenkonun çətin vəziyyətindən istifadə edib Putin çoxdankı arzusunu-Belarusu Rusiyanın tərkibinə birləşdirmək fürsətini qaçırmaq istəmir. Amma, Qərb bu ssenarinin qəti əleyhinədir. Lukaşenko qəribə də olsa Çinə müraciət edib. Çindən gələn həkim heyəti Lukaşenkonun səhhətində problemlər olduğunu və iki insult keçirdiyini qeyd ediblər.
Ermənistan mediası (Lraqir.am) isə Lukaşenkonun zəhərlənməsindən yazır və “batyanın sanılı günləri qalıb” ifadəsini işlədib. Maraqlıdır ki, özləri Rusiyanın forpostu olsalar da, ermənilər “Belarus Rusiyanın sonuncu forpostudur” ifadəsini tez-tez işlədirlər.
Günün sonuna Belarus parlamentinin toplanması və yaranmış vəziyyətdə Rusiya ilə birgə dövlət olmağın mümükünlüyünün müzakirə ediləcəyi barədə xəbərlər dolaşır.


