Belarus Prezidenti Aleksandr Lukaşenko Moskvada keçirilən Qələbə paradında iştirak etdikdən sonra dərhal Minskə qayıdıb.
BAKU.NEWS xəbər verir ki, bu barədə Belarusun Moskvadakı səfirliyindən məlumat verilib.
Səfirliyin nümayəndəsi Lukaşenkonun Minskdə olduğunu təsdiqləyib.
Məlumata əsasən, Lukaşenko paraddan sonra Kremldə keçirilən qəbulda iştirak edib, daha sonra hava limanına yollanıb.
Qeyd edək ki, Lukaşenko ilə Putin arasında görüşün baş tutub-tutmadığı barədə məlumat verilməyib.


