Bakı Kommersiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 16.06.2020-ci il tarixli qətnaməsi ilə borclu “Lider TV və Radio-Azərbaycan” MMC müflis elən edilib və Abbasov Mikayıl Hümmət oğlu əmlak inzibatçısı təyin edilib.
BAKU.NEWS olke.az-a istinadla bildirir ki, elana əsasən bütün suallar əmlak inzibatçısına ünvanlana bilər.
Qeyd edək ki, M.Abbasov Radio Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyinin texniki direktorudur.


