“Biləsuvar şagirdlərinin fizika olimpiadalarına hazırlıq mərkəzi” layihəsinin bağlanış mərasimi baş tutdu.
Təhsildə inkişaf və innovasiyalar üzrə 8-ci qrant müsabiqəsi çərçivəsində qalib olmuş “Biləsuvar şagirdlərinin fizika olimpiadalarına hazırlıq mərkəzi” layihəsinin bağlanış mərasimi keçirilib.
Mərasim Biləsuvar rayonu Texniki fənlər təmayüllü internat tipli məktəb-liseyində təşkil olunub. Tədbirdə məktəb-liseyin direktoru Mehman Əliyev, layihənin təlimçisi Xəzər Salmanov, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.
Layihənin əsas məqsədi Biləsuvar rayonunda fizika fənni üzrə xüsusi istedadlı şagirdlərin aşkara çıxarılması və onların olimpiadalara sistemli şəkildə hazırlanmasının təmin olunması idi.
Layihə müddətində təlimlər təşkil edilib, şagirdlərin bilik və bacarıqlarının inkişaf etdirilməsi üçün intensiv hazırlıq prosesi aparılıb.
Bağlanış mərasimində layihə üzrə görülən işlər və əldə olunan nəticələr iştirakçılarla bölüşülüb. Tədbir səmimi müzakirələr yekunlaşıb.





