Kürdəmir rayonuna yeni prokuror təyin edilib.
BAKU.NEWS xəbər verir ki, bununla bağlı Baş Prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Ağdaş rayon prokuroru Tural İbrahimov tutduğu vəzifədən azad edilərək Kürdəmir rayon prokuroru təyin edilib.
Digər bir əmrlə isə Anar Əliyev Ağdaş rayon prokuroru təyin olunub.
Baş Prokurorluğun Mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.


