Kürdə meyit tapılıb.
BAKU.NEWS FHN-ə istinadən xəbər verir ki, nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şirvan şəhəri ərazisində Kür çayında naməlum qadın meyitinin aşkarlanması ilə bağlı müraciət daxil olub.
Meyitin çaydan çıxarılmasına kömək məqsədilə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq qüvvələri həmin əraziyə cəlb olunub.
Görülən tədbirlər nəticəsində meyit çaydan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.


