Ümumdünya Səhiyyə Təşkilatı dünya miqyasında 335 milyondan çox koronavirus peyvəndinin tətbiq olunduğunu, vaksin səbəbindən heç kimin ölmədiyini açıqlayıb.
BAKU.NEWS-un xarici KİV-ə istinadən xəbərinə görə, ÜST-ün baş direktoru Tedros Adanom Qebreyesus keçirdiyi mətbuat konfransında bildirib ki, bəzi ölkələrin Oksford Universitetinin “AstraZeneca” ilə birgə istehsalı olan vaksinin istifadəsini təxirə saldıqlarının fərqindədirlər, bu peyvəndlə bağlı araşdırmalar davam etdirilir.
Baş direktorun sözlərinə görə, virus 2,6 milyon insanın ölümünə səbəb olub:
“Vaksinlər mümkün qədər sürətlə və bərabər şəkildə paylanılmalıdır. Bu proses uzandıqca daha çox insan ölməyə davam edəcək”.


