Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) 37-ci Fövqəladə Qurultayı keçirilib.
BAKU.NEWS Türkiyə mediasına istinadən xəbər verir ki, CHP lideri Kamal Kılıçdaroğlu 1251 səslə 6-cı dəfə partiyanın sədri seçilib. Səsvermədə1318 nümayəndə iştirak edib, 67 səs etibarsız sayılıb.
Partiya sədrliyinə namizədliyini irəli sürmüş Aytuğ Atıcı, İlhan Cihaner və Tolqa Yarman isə kifayət qədər imza toplaya bilməyiblər.


