Ruslan Çoban oğlu Ağamirzəyev FHN Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin rəis müavini təyin edilib.
BAKU.NEWS xəbər verir ki, bu barədə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun bununla bağlı əmr imzalayıb.
Bu barədə məlumatı FHN-nin mətbuat xidmətindən təsdiq ediblər.
Qeyd edək ki, Ruslan Ağamirzəyev daha əvvəl Fövqəladə Hallar Nazirliyinin (FHN) tabeliliyindən alınan Su Ehtiyatları Dövlət Agentliyinin keçmiş rəis müavini vəzifəsində çalışıb.


