Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov karantin rejiminin yenidən sərtləşdirilməsi ilə bağlı səsləndirilən iddialara münasibət bildirib.
BAKU.NEWS xəbər verir ki, Şahmar Mövsümov Report-a açıqlamasında bununla bağlı hər hansı bir məlumat olmadığını bildirib:
“Əgər elə bir məlumat olarsa onunla bağlı ictimaiyyətə məlumat veriləcək”, – Prezidentin köməkçisi bildirib.


