Milli Məclisin deputatı Jalə Əhmədova növbəti mükafata layiq görülüb.
BAKU.NEWS xəbər verir ki, bu barədə Jalə Əhmədova öz facebook səhifəsində məlumat verib:
““Qızıl İnsanlar” mükafatı ilə təltif edildim. İctimai-siyasi fəaliyyətimdə qazandığım nailiyyətlərə görə @millionaireconceptnetwork un “Qızıl İnsanlar” mükafatına layiq görülməyimdən böyük məmnunluq hissi duydum. Məni bu mükafata layiq görən hər kəsə dərin təşəkkürlərimi bildirirəm, var olun. Onu da qeyd edim ki, @goldenpeopleawards unikal formatda yeganə layihədir və onun əsas məqsədi müxtəlif sahələrdə uğurları ilə seçilən insanları cəmiyyətə tanıtmaq, onların fəaliyyətini qiymətləndirmək və motivasiya verməkdir”.
BAKU.NEWS-un kollektivi olaraq Jalə xanımı təbrik edir, yeni yaradıcılıq uğurları arzulayırıq!



