İsraildə Qüds yaxınlığındakı Qivat-Zeeve şəhərində sinaqoqda Şavout bayramı mərasimi zamanı tribunanın uçması nəticəsində azı 1 nəfər həlak olub.
BAKU.NEWS xəbər verir ki, bu barədə KAN telekanalı məlumat yayıb.
Məlumata görə, hadisə zamanı daha 60 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Qeyd edilir ki, onlardan 10-u ağır vəziyyətdədir.
Hadisənin görüntüləri müşahidə kameralarına düşüb. Mərasim zamanı sinaqoqda 600-dən çox insan olub.



