İsraildə dini mərasim zamanı yaranmış izdiham nəticəsində 44 nəfər ölüb, 100-dən çox insan xəsarət alıb.
BAKU.NEWS xəbər verir ki, bu barədə “Jerusalem Post” qəzeti məlumat yayıb.
Qeyd edək ki, İsrailin şimalındakı Safed şəhərinin yaxınlığında yerləşən Meron dağı bölgəsində Laq ba-Omer bayramı zamanı tribuna çöküb
Bayram təşkilatçıları tədbirdə 100 mindən çox insanın iştirak etdiyini bildirir.

