İsmayıllıda baş verən zəhərlənmə hadisəsi ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri müvafiq qurumların əməkdaşları ilə birgə araşdırmalara başlayıb.
Bu barədə AQTA məlumat yayıb.
İlkin araşdırma zamanı məlum olub ki, hadisə İsmayıllı rayonu, Hacıhətəmli kəndində həyətyanı sahədə təşkil edilən toy məclisində baş verib.
24 nəfər zəhərlənmə diaqnozu ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Hazırda xəstələrin vəziyyəti yaxşıdır. İlkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. Agentliyin əməkdaşları tərəfindən nümunələr götürülərək müayinələrə cəlb olunub. Araşdırmaların nəticələrinə uyğun tədbirlər görüləcək.
TREND
- “Ceyhun Sabunçu”nu qətlə yetirənlər həbs edildi
- “Grandmart” müştərini aldatdı – Dövlət Agentliyi CƏRİMƏLƏDİ
- Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldı – DTX-dən ƏMƏLİYYAT!
- Prezident dünya çempionatının və festivalının açılış mərasimini izləyir
- Deputatın oğlunun adı qətldə hallanır: Atası və qardaşı vəzifələrini itirə bilərlər?
- “Abu Hava Green Tone” restoranında baş verən dava ilə bağlı YENİ DETALLAR
- Bakıda deputatın oğlu adam ÖLDÜRDÜ – DƏHŞƏTLİ VİDEO
- Xəzərdə kütləvi balıq tələfatı baş verib


